gd-system-plugin
domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init
action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /var/www/wp-includes/functions.php on line 6114SOCAR İstiqrazları ALIŞ
$1,000.00SOCAR İstiqrazları SATIŞ
$1,010.00USD / AZN
1.7000EUR / AZN
1.7708Brent Crude (ICE)
$78.97Natural Gas
$3.78SOCAR EUROBOND 2030
$103.2000Yüz milyon ABŞ dolları həcmində emissiya edilən, 400 milyon ABŞ dollarına yaxın tələb görən 2-ci SOCAR İstiqrazlarının sayca 4-cü kupon ödənişi noyabrın 1-də baş tutub və növbəti dəfə sahiblərinə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb.
Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və kupon gəlirləri üç aylıq qrafiklərlə ödənilən 2-ci SOCAR İstiqrazlarının 1 milyon 125 min ABŞ dolları məbləğində rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Tədavülə buraxıldığı son bir il ərzində təkrar bazar əməliyyatları həcminin 24 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 300-ə çatması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.
SOCAR İstiqrazlarının sahibləri REPO əməliyyatı vasitəsilə uyğun şərtlərlə qısamüddətli kredit götürə, eyni zamanda, istiqrazlarını müvafiq bankda girov qoymaqla 14–15 faizlə manat kreditləri cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9–10 faizədək enmiş olur.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin fevralın 1-də baş tutacaq, 5 illik müddətin sonunda investorlara ümumilikdə 22,5 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş olacaq.
Ətraflı məlumat üçün *1999 və socarcapital.az, socaristiqraz.az elektron ünvanlarına müraciət edə bilərsiniz.