SOCAR İstiqrazları ALIŞ
$1,000.00SOCAR İstiqrazları SATIŞ
$1,010.00USD / AZN
1.7000EUR / AZN
1.7909Brent Crude (ICE)
$71.49Natural Gas
$3.21SOCAR EUROBOND 2030
$103.2000100 milyon dollar həcmində emissiya edilən, 400 milyon dollara yaxın tələb görən 2-ci SOCAR İstiqrazlarının ilk faiz ödənişi 1 fevral tarixində baş tutdu və sahiblərinə 1 milyon 125 min dollarlıq gəlir qazandırdı.
“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və kupon gəlirləri 3 aylıq qrafiklərlə ödənilən yeni SOCAR İstiqrazlarının $1.125 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Sadəcə ilk 3 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin $17 milyona çatması, bağlanmış əqd sayının 100-ü ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilməsi və bu günə qədərki ən yüksək qiymət olan (1-ci SOCAR İstiqrazları da daxil) 1090 dollardan alqı–satqı əməliyyatlarının baş tutması yeni SOCAR İstiqrazlarına olan yüksək tələbatın artaraq davam etməsindən xəbər verir.
SOCAR İstiqrazlarının sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4.5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2022-ci ilin 1 may tarixində baş tutacaq.
Ətraflı məlumat üçün *19 99
socaristiqraz.az, socarcapital.az