“SOCAR Capital” MMC 29 Avqust 2016-cı ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmışdır. “SOCAR Capital” SOCAR Qrup şirkətlərinin Azərbaycan və qlobal maliyyə bazarlarına çıxışını təmin etmək məqsədi ilə təsis edilmişdir.
Başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR gəlirlərindən pay əldə edə bilməsi üçün təsis edilmiş bir platformadır.
HƏDƏFİMİZ
SOCAR Qrupuna daxil olan şirkətlərin yerli ve qlobal maliyyə bazarlarına tam inteqrasiyasını təmin etmək
MİSSİYAMIZ
Azərbaycan maliyyə bazarlarının inkişafına davamlı dəstək göstərilməsi
Yeni və alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi
fəaliyyət sahələri
“SOCAR Capital” MMC fəaliyyətində etibarlılıq, şəffaflıq, konfidensiallıq, professionallıq və operativlik dəyərlərini əsas tutur.