• SOCAR İstiqrazları ALIŞ

    $1,000.00
  • SOCAR İstiqrazları SATIŞ

    $1,018.00
  • USD / AZN

    1.7000
  • EUR / AZN

    1.8198
  • Brent Crude (ICE)

    $88.61
  • Natural Gas

    $1.82
  • SOCAR EUROBOND 2030

    $103.2000

PRESS–RELİZ 2-ci SOCAR İstiqrazları üzrə növbəti kupon ödənişi

3 August 2022 • Xəbərlər read time: < 1 min

“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 4 may tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (1, 2, 3 may tarixləri qeyri–iş günlərinə təsadüf etdiyindən, qanunvericiliyə əsasən, növbəti ilk iş günü).

 

Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş yeni SOCAR İstiqrazları ikinci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə $1.125 milyon dollarlıq gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 2 milyon 250 min dollara yüksəlmiş olacaq (5 ilin yekununda toplam gəlir 22. 5 milyon dollar təşkil edəcək.)

 

Sadəcə 6 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin $21 milyona çatması, bağlanmış əqd sayının 160-ı ötməsi və Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

 

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları üzrə cari ilin aprel ayında Bakı Fond Birjasında bu günə qədərki ən yüksək qiymət olan 1094 dollardan əqdlər bağlanıb və istiqrazların qiyməti heç vaxt nominaldan (1000 dollar) aşağı düşməyib.

 

SOCAR İstiqrazlarının növbəti–üçüncü kupon ödənişi 1 avqust tarixində baş tutacaq.

 

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi və socaristiqraz.az

Back to all news
NEXT ARTICLE

Related posts

Copyright © 2022. All rights Reserved. Socar Capital MMC