Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the gd-system-plugin domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /var/www/wp-includes/functions.php on line 6114

Notice: Trying to access array offset on value of type bool in /var/www/wp-content/plugins/wpml-sticky-links/inc/sticky-links.class.php on line 51

Notice: Trying to access array offset on value of type bool in /var/www/wp-content/plugins/wpml-sticky-links/inc/sticky-links.class.php on line 54

Notice: Function wpdb::prepare was called incorrectly. The query does not contain the correct number of placeholders (2) for the number of arguments passed (3). Please see Debugging in WordPress for more information. (This message was added in version 4.8.3.) in /var/www/wp-includes/functions.php on line 6114
SOCAR istiqrazları üzrə ikinci kupon ödənişinin hesablara köçürüləcəyi vaxt açıqlandı - Socar CapitalSocar Capital
  • SOCAR İstiqrazları ALIŞ

    $1,000.00
  • SOCAR İstiqrazları SATIŞ

    $1,010.00
  • USD / AZN

    1.7000
  • EUR / AZN

    1.7694
  • Brent Crude (ICE)

    $73.84
  • Natural Gas

    $3.82
  • SOCAR EUROBOND 2030

    $103.2000

SOCAR istiqrazları üzrə ikinci kupon ödənişinin hesablara köçürüləcəyi vaxt açıqlandı

29 April 2022 • Xəbərlər read time: < 1 min

Nominal qiyməti $1000, tədavül müddəti beş il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 4 may tarixində (1, 2, 3 may tarixləri qeyri-iş günlərinə təsadüf etdiyindən, qanunvericiliyə əsasən, növbəti ilk iş günü) istiqraz sahiblərinin hesablarına köçürüləcək.

“SOCAR Capital” şirkətindən verilən məlumata görə, Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş yeni SOCAR istiqrazları ikinci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,125 milyon dollar gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 2 milyon 250 min dollara yüksəlmiş olacaq (beş ilin yekununda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək.)

Sadəcə altı aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 21 milyon dollara çatması, bağlanmış əqd sayının 160-ı ötməsi və Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR istiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazları üzrə cari ilin aprel ayında Bakı Fond Birjasında bu günə qədərki ən yüksək qiymət olan 1094 dollar dəyərində əqdlər bağlanıb və istiqrazların qiyməti heç vaxt nominaldan (1000 dollar) aşağı düşməyib.

SOCAR istiqrazlarının növbəti – üçüncü kupon ödənişi 1 avqust tarixində baş tutacaq.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az saytına müraciət edə bilərsiniz.

Back to all news
NEXT ARTICLE

Related posts

Copyright © 2022. All rights Reserved. Socar Capital MMC