• SOCAR İstiqrazları ALIŞ

    $1,000.00
  • SOCAR İstiqrazları SATIŞ

    $1,010.00
  • USD / AZN

    1.7000
  • EUR / AZN

    1.9379
  • Brent Crude (ICE)

    $66.91
  • Natural Gas

    $3.55
  • SOCAR EUROBOND 2030

    $103.2000

SOCAR-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib

10 June 2025 • Xəbərlər read time: < 1 min

2025-ci il 10 iyun tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

1-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Ölkəmizin “yaşıl” enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 13.8 milyon ABŞ dolları məbləğində 330-dan çox əqd bağlanıb.

SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66.5%-ini təşkil edib.

“ABB İnvest” İnvestisiya Şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür

Back to all news
NEXT ARTICLE

Related posts

Copyright © 2022. All rights Reserved. Socar Capital MMC