• SOCAR İstiqrazları ALIŞ

    $1,000.00
  • SOCAR İstiqrazları SATIŞ

    $1,010.00
  • USD / AZN

    1.7000
  • EUR / AZN

    1.7609
  • Brent Crude (ICE)

    $72.54
  • Natural Gas

    $3.63
  • SOCAR EUROBOND 2030

    $103.2000

SOCAR İstiqrazlarına abunə yazılışının başlayacağı tarix açıqlandı

6 September 2021 • Xəbərlər read time: < 1 min

Uzun müddətdən bəri investorlar tərəfindən ünvanlanan çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, Azərbaycanın beynəlxalq miqyaslı şirkəti SOCAR tərəfindən daxili bazar üçün yeni istiqrazlar buraxılacaq.

SOCAR, 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atmış, təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub–saxlamışdır.

100 milyon dollarlıq həcmdə emissiya olunan ilk istiqrazlara tələbat iki dəfədən artıq oldu. Hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 201 milyon dolları aşmışdır. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə etmiş olacaqlar.

Yeni SOCAR İstiqrazlarının da ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək.

SOCAR İstiqrazlarına abunə yazılışı ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunan bu ilin 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcək.

İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir. İstiqrazları xarici fiziki və hüquqi şəxslər isə təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.

“SOCAR Capital” şirkətindən Marja-ya verilən məlumata əsasən, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkün olacaqdır.

Ətraflı məlumat üçün *19 99 və www.socarcapital.az, www.socaristiqraz.az

Back to all news
NEXT ARTICLE

Related posts

Copyright © 2022. All rights Reserved. Socar Capital MMC