SOCAR İstiqrazları ALIŞ
$1,000.00SOCAR İstiqrazları SATIŞ
$1,010.00USD / AZN
1.7000EUR / AZN
1.8571Brent Crude (ICE)
$78.08Natural Gas
$2.59SOCAR EUROBOND 2030
$103.2000Nominal qiyməti $1000, tədavül müddəti beş il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 4 may tarixində (1, 2, 3 may tarixləri qeyri-iş günlərinə təsadüf etdiyindən, qanunvericiliyə əsasən, növbəti ilk iş günü) istiqraz sahiblərinin hesablarına köçürüləcək.
“SOCAR Capital” şirkətindən verilən məlumata görə, Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş yeni SOCAR istiqrazları ikinci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,125 milyon dollar gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 2 milyon 250 min dollara yüksəlmiş olacaq (beş ilin yekununda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək.)
Sadəcə altı aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 21 milyon dollara çatması, bağlanmış əqd sayının 160-ı ötməsi və Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR istiqrazlarına olan yüksək tələbatdan xəbər verir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazları üzrə cari ilin aprel ayında Bakı Fond Birjasında bu günə qədərki ən yüksək qiymət olan 1094 dollar dəyərində əqdlər bağlanıb və istiqrazların qiyməti heç vaxt nominaldan (1000 dollar) aşağı düşməyib.
SOCAR istiqrazlarının növbəti – üçüncü kupon ödənişi 1 avqust tarixində baş tutacaq.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az saytına müraciət edə bilərsiniz.