• SOCAR İstiqrazları ALIŞ

    $1,000.00
  • SOCAR İstiqrazları SATIŞ

    $1,010.00
  • USD / AZN

    1.7000
  • EUR / AZN

    1.9850
  • Brent Crude (ICE)

    $113.91
  • Natural Gas

    $2.84
  • SOCAR EUROBOND 2030

    $103.2000

SOCAR İstiqrazlarının 18-ci kupon ödənişi edilib

6 May 2026 • Xəbərlər read time: < 1 min

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 may tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

18-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 20 milyon 250 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 109,7 milyon dollar məbləğində ticarət aparılıb və 1694 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 57 milyon 250 min dollar məbləğində faiz ödənişi edilib.

İkinci SOCAR İstiqrazlarının növbəti kupon ödənişi tarixi 1 avqust 2026-cı ildir.

10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Back to all news
NEXT ARTICLE

Related posts

Copyright © 2022. All rights Reserved. Socar Capital MMC