• SOCAR İstiqrazları ALIŞ

    $1,000.00
  • SOCAR İstiqrazları SATIŞ

    $1,010.00
  • USD / AZN

    1.7000
  • EUR / AZN

    1.7658
  • Brent Crude (ICE)

    $73.45
  • Natural Gas

    $3.94
  • SOCAR EUROBOND 2030

    $103.2000

SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb

10 March 2025 • Xəbərlər read time: < 1 min

7 mart tarixində SOCAR-ın inzibati binasında (SOCAR Tower) “Yaşıl” təyinatlı SOCAR İstiqrazlarının Bakı Fond Birjasında (BFB) təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı rəsmi tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Mərkəzi Bankın sədri Taleh Kazımov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, eləcə də BFB, MDM, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri, akademik çevrələr və investorlar iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra SOCAR İstiqrazlarına həsr olunmuş videoçarxın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən rəsmilər bərpa olunan enerjiyə qlobal miqyasda artan tələbat, ekoloji həssasiyyətin güclənməsi və Azərbaycanın bu sahədəki strateji hədəfləri barədə fikirlərini bölüşüblər. SOCAR-ın 2030 vizyonu çərçivəsində “Yaşıl” istiqrazların ölkənin enerji keçidində və ekoloji dayanıqlılığında mühüm rol oynadığı vurğulanıb.

Həmçinin, SOCAR İstiqrazlarının daxili kapital bazarlarında oynadığı rol, 2016-cı ildən bu günə qədər əldə olunan uğurlar və investorların yüksək marağı müzakirə edilib. “Yaşıl” təyinatlı istiqrazlar isə bu prosesdə yeni və strateji bir mərhələ kimi qiymətləndirilib.
Rəmzi “Açılş Zəngi” mərasimi ilə istiqrazların təkrar bazar əməliyyatlarına start verilib. Bununla, SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına rəsmi start verilib. Daha sonra tədbir iştirakçıları rəmzi istiqraz vərəqəsini imzalayaraq xatirə fotosu çəkdiriblər.

SOCAR, “Yaşıl” istiqrazlarla daxili kapital bazarlarının inkişafına və dayanıqlı maliyyə alətlərinin genişləndirilməsinə töhfə verməkdə davam edəcək.

Back to all news
NEXT ARTICLE

Related posts

Copyright © 2022. All rights Reserved. Socar Capital MMC