Hədəfimiz
SOCAR Qrupuna daxil olan şirkətlərin yerli və qlobal maliyyə bazarlarına tam inteqrasiyasını təmin edərək, bu qurumların layiq olduğu ən yuksək dəyərə çatdırılması və bunu öz paydaşları ilə bölüşdürməsi.


Missiyamız
- SOCAR Qrup şirkətləri üçün alternativ maliyyə vasitələri ilə kapital bazarlarına çıxışın təşkil edilməsi.
- Başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR-ın gəlirlərindən birbaşa pay əldə edə bilməsinin təmin olunması.
- Yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi.
- Azərbaycan maliyyə bazarlarının davamlı inkişafına dəstək olunması.
Dəyərlərimiz
Fəaliyyətlərimiz

İstiqraz
Beynəlxalq və yerli maliyyə bazarlarında korporativ istiqrazların tədavülünə və ticarətinə yardım etmək, qiymətli kağızların risklilik dərəcələrinin hesablanması və hansı istiqrazlara yatırımlar etmək barədə məsləhətlər vermək.

Məsləhətçilik
Şirkətin borc və kapital adekvatlığı, maliyyə vəsaitlərinin effektiv idarəçiliyi, korporativ idarəetmə məsləhətləri, habelə effektiv maliyyə yatırımlarının həyata keçirilməsini təmin etmək üçün uyğun məsləhət paketlərinin təklif edilməsi.

IPO
Yerli səhm bazarına çıxış əldə etmək istəyən Şirkətlərin İlkin Kütləvi Təklifini həyata keçirmək üçün bütün lazımi sənədləşmə, sturkturlaşdırma və məsləhətlərin verilməsi.

Maliyyə Yenidənqurması
Maliyyə, likvidlik və borc çətinliyi olan Şirkətlərin maliyyə resturkturizasiyasını həyata keçirərək Şirkətə yüksək likvidlik və digər maliyyə göstəricilərinin sağlamlaşdırılması və bu məsələlər üzrə məsləhətlər vermək.

Səhm
Şirkətlərin səhm bazarına çıxışını təmin etmək üçün satış və birləşmə layihələri, qapalı yerləşdirmələrin həyata keçirilməsi. Şirkətlərin səhmlərinin xarici investorlara təqdimatı, onların Azərbaycan bazarına girişini təşfiq etmək.

Araşdırma
İqtisadi və maliyyə, makro və mikro araşdırmaların həyata keçirilməsi və araşdırma əsasında detallı hesabatların hazırlanması