3 ildən artıqdır ki, SOCAR İstiqrazları qazandırmağa davam edir

Vətəndaşlarımız və investorlar üçün alternativ investisiyaimkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutansayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsindəsahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar lir qazandırdı. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16milyon 250 min dollara yüksəldi.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olanfaizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatlarının həcminin $185 milyona çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsiREPO əməliyyatlarının $34 milyona yaxınlaşması SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiqyöndə hazırlıq işləri davam etdirilir.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq. Əlavə məlumat üçün *19 99 nömrəsi vətəndaşların xidmətindədir.