Tariximizlə qürur duyuruq!

100 il əvvəl Müsəlman şərqində ilk demokratik dövləti qurduq.
Şərqdə ilk dəfə qadınlara seçki hüququnu biz verdik.
Cəmi 23 ay ərzində universitetimizi, ordumuzu, mətbuatımızı, teatrımızı yaratdıq.
Bayrağımız, himnimiz, gerbimizlə yanaşı, milli valyutamızı da ərsəyə gətirdik.
1919-cu ilin 20 avqustunda isə ilk milli istiqrazlarımız buraxıldı.
70 illik Sovet əsarətindən sonra yenidən müstəqilliyimizə qovuşub, milli sərvətlərimizə sahib olmuşuq.
100 illik ənənəmiz isə davam edir.
Qlobal enerji layihələrinin müəllifi, dünyada söz sahibi olan Azərbaycanın ən böyük şirkəti – SOCAR-ın gəlirlərindən vətəndaşlarımızın birbaşa pay əldə edə bilməsi üçün SOCAR istiqrazlarını buraxdıq.
Tariximiz, ənəmizlə qürur duyuruq!