May ayında SOCAR İstiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb

May ayında SOCAR İstiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb

May ayında təkrar bazarda SOCAR İstiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. SOCAR İstiqrazları üzrə market meyker olan «PSG Kapital» şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb satılıb. İstiqrazların 1 790 ədədi fiziki şəxslər, 2 009 ədədi isə hüquqi şəxslər tərəfindən alınıb. May ayı ərzində SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1 004 dollardan 1 008 dollara yüksəlib

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR İstiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib. SOCAR İstiqrazları üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.