Daha bir şirkət SOCAR İstiqrazları ilə əməliyyatlara başlayıb

Azərbaycanda fəaliyyət göstərən daha bir broker şirkəti SOCAR istiqrazlarını satmağa başlayıb. Fins.az xəbər verir ki, “Texnika Kapital Menecment” istiqrazlar üzrə əməliyyatları həyata keçirib.

Şirkətdən bildiriblər ki, onun müştəriləri SOCAR istiqrazları sifariş verib. Buna görə də “Texnika Kapital Menecment” 20 min dollar məbləğində əməliyyat həyata keçirib.

Qeyd edək ki, indiyədək SOCAR istiqrazları üzrə təkrar bazarda 33 milyon dollardan artıq əməliyyat aparılıb. Həmin qiymətli kağızlar əvvəlcədən elan onunan minimum qiymətdən – 1000 dollardan baha satılıb.

Xatırladaq ki, indiyədək 4 şirkət SOCAR istiqrazlarını satırdı. Bunlar “Azfinans”, “İnvest.az”, “Paşa Kapital” və “PSG Kapital” şirkətləridir.

Onu da deyək ki, SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. Dollarla 5 illik müdətə buraxılmış istiqrazlar üzrə illik gəlirlik 5% təşkil edir. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar üzrə ilk faizlər 2017-ci ilin yanvarında ödəniləcək.